XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 00:16

Məşhur məşqçidən Binəli Yıldırıma müraciət:"20 min dollar ödəməyə hazıram"

resit-akcay

Türkiyəni Avropa Liqasında da uğurla təmsil edən "Osmanlıspor"un  baş məşqçisi Mustafa Rəşit Akçay bu gün ölkə rəhbərliyinə müraciət edib.

Strateq.az xəbər verir ki, Baş məşqçi "Karabükspor"a 2-1 qalib gəldikləri oyundan sonra açıqlama verən baş məşqçi Türkiyənin iqtisadi sıxıntı içində olmasını əsas gətirib, bir vətəndaş olaraq,  yardım etmək istədiyini bildirib:

"Siyasətçilərimizdən, dövləti idarə edənlərdən üzr istəyərək, həddimi aşmadan ölkəmin iqtisadi savaşında rol almaq istəyirəm. Dövlətim gəlib məndən 20 min dollar alsın. Bu pulu 10 və ya 20 ildən sonra mənə, yaxud uşaqlarıma ödəyərlərsə, ödəsinlər, ödəməzsələr də, halal olsun. 

Vergidən günü elə bu gün bir nəfər göndərsinlər, gəlib 20 min dolları aparsın.

Bu dəstəyi verərkən də, dövlətimə hər hansı bir nəzakətsizlik etmək niyyətində deyiləm. Əgər bu müraciətim nəzakətsizlik kimi anlaşılarsa, bəribaşdan üzr istəyirəm".

Strateq.az