XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

05 Dekabr 2016 - 19:28

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi təbrik etdi –Mətn

ilham

Prezident İlham Əliyev Özbəkistan Respublikasının yeni seçilmiş Prezidenti Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

Strateq.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məktubda deyilir:

"Hörmətli Şavkat Miromonoviç, 

Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Əminəm ki, birgə səylərimiz xalqlarımızın mənafeyi, regionda sülh, sabitlik və təhlükəsizlik naminə Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın, hərtərəfli əməkdaşlığın və coxsahəli qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinə və möhkəmlənməsinə yönələcəkdir.

Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, firavanlıq və qardaş Özbəkistan xalqının rifahı naminə dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm".