XƏBƏR LENTİ

22 Yanvar 2021
21 Yanvar 2021

Digər Xəbərlər

06 Dekabr 2016 - 02:56

Qulu İbrahimli iqtisadçıları suçladı:"İctimai rəyi manatın ucuzlaşmasına hazırlayırlar"

Qulu

“Mərkəzi Bankın 2016-cı ilin oktyabr ayının sonuna statistik hesabatı da göstərir ki, manat süni şəkildə ucuzlaşdırılır”.

“AzPolitika”nın məlumatına görə, bu iddianı Vergilər Nazirliyi və Gömrük Komitəsinin keçmiş əməkdaşı, iqtisadçı Qulu İbrahimli irəli sürüb.

O, manatın ucuzlaşmasını tədiyyə balansı ilə əlaqələndirən iqtisadçıları da ittiham edib: “Mən dəfələrlə şahidi olmuşam ki, manatın ucuzlaşmasını tədiyyə balansı ilə əlaqələndirənlərin çoxunun heç tədiyyə balansının tərtibi metodologiyasından xəbəri yoxdur, Milli Hesablar Sisteminin necə işləməsi və ölkənin Maliyyə Statistikası barədə elementar təsəvvürlərə də malik deyillər. Boşboğazlıqla ya bilərəkdən, ya da bilməyərəkdən ictimai rəyi manatın ucuzlaşmasına hazırlamağa xidmət edirlər”.