Bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.
Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, hərrac 1 ABŞ dolları üçün 1,7339 manat məzənnəsi ilə başlayıb və 1,7369 AZN/USD məzənnəsi ilə yekunlaşıb. Artım 0,17% təşkil edib.
Dekabrın 7-nə olan yekun məzənnənin artması mümkündür.
Xatırladaq ki, bu bahalaşma dollar/manat münasibətləri fonunda indiyədək qeydə alınmış ən yüksək göstəricidir.