XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 14:36

“Dolların məzənnəsinə təsir edə biləcək yeganə ölkə elə ABŞ-ın özüdür” –Vüqar Bayramov

Vüqar

Rusiya və Türkiyənin dollarsız xarici ticarət anlaşması ABŞ pulunun məzənnəsinə təsir edə bilərmi?

Strateq.az xəbər verir ki, bu suala aydınlıq gətirən iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, bu razılıq dolların məzənnəsinə təsir etmir və edəcəyi də gözlənilmir:

"Dünya ehtiyatlarının 64 faizinin saxlandığı pul vahidinə aralarındakı illik ticarət dövriyyəsi 23.9 milyard dollar olan ölkələrin razılaşması aydındır ki, təsir etməyəcək".

Avronun son 2 gündə möhkəmlənməsini isə daha çox İtaliyadakı seçkilərlə bağlı olduğunu deyən Vüqar Bayrov bildirib ki, digər tərəfdən, hətta sözügedən ölkələr xarici ticarətdə başqa valyutadan istifadə etsələr də belə, bu, həm vətəndaşlarının və eləcə də şirkətlərinin dollarşma səviyyəsini azaltmayacaq:

"Yenə də, riskləri sığortalamaq üçün hətta biznes belə aktivlərinin əhəmiyyətli hissəsini dollarda saxlamağa üstünlük verəcək. Yəni, dövlətlər anlaşmada dollardan imtina edə bilər, amma vətəndaşlar və sahibkarlar bunu etməyəcəklər. Eyni zamanda, belə anlaşmaların nə qədər uzun müddətli olması və necə monitorinq edilməsi də müzakirə tələb edən məsələlərdəndir. Tarixən belə cəhdlər çox olub, amma dollar güclənməkdə davam edib. Bu baxımdan, hələlik dolların məzənnəsinə təsir edə biləcək yeganə ölkə elə ABŞ-ın özüdür. Amerikanlar isə hələlik möhkəm dollardan məmundurlar".