Bu gün prezident İlham Əliyev sərəncam imzalayıb.
Strateq.az xəbər verir ki, sərəncama əsasən, İsfəndiyar Bəxtiyar oğlu Vahabzadə Azərbaycan Respublikasının Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılıb.