XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 20:22

Binəli Yıldırım Moskvadan mesaj verdi:"Rusiya-Türkiyə əlaqələrini daha da irəli aparacağıq"

Yıldırım

"Ölkələrimiz çətin günləri arxada qoydu. Artıq gələcəyə baxmaq zamanıdır".

Bu sözləri Türkiyə Baş naziri Binəli Yıldırım rusiyalı həmkarı Dmitri Medvedyevlə birgə iştirak etdiyi mətbuat konfransı zamanı jurnalistlərə açıqlamasında deyib.

“Əvvəlcə isti qarşılanma üçün təşəkkür edirəm. Çöldə hər nə qədər hava soyuq olsa da, içəridə bir o qədər qızğın müzakirələr gedir. Bu gün enerjidən nəqliyyata qədər bütün sahələr barədə danışdıq. Tarixə yaraşan şəkildə Rusiya-Türkiyə əlaqələrini daha da irəli aparacaq iradəmiz var”, – Yıldırım vurğulayıb(Axar.az).

Qeyd edək ki, türkiyəli baş nazir hazırda Rusiyada səfərdədir.