XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

08 Dekabr 2016 - 11:30

“Qorxuram ki, bu cür islahatlar mərkəzdənqaçma meyllərini gücləndirə bilər” –Politoloq 

elxan

"Aydındır ki, 2017 iqtisadi baxımdan ağır il olacaq, idarəetmədə sturktur islahatları aparılmalı, xərclər azaldılmalıdır. Ancaq doğrusu icra hakimlərinin ixtisar olunaraq idarəetmənin bölgələr üzrə ayrılması, quberniyaların yaradılması ideyasından ehtiyat edirəm". 

Strateq.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə ggörə, bu, bir qədər keçmişə – xanlıqlar anlayışına qayıdışa bənzəyir:

"Qorxuram ki, bu cür islahatlar mərkəzdənqaçma meyllərini gücləndirə bilər. 

Məsələn, hansısa vilayət iqtisadi baxımdan daha çox inkişaf edib bir gün deyə bilər ki, "kasıb vilayətlə bizi bir tutumayın, ölkə büdcəsinə daha çox pul veririk, ona görə bizim daha çox haqqımız olmalıdır”. 

Bunun sonda nəyə gətirib çıxaracağı üzərində baş sındırmağa dəyməz. İtaliyanın şimalı daha çox müstəqilliyə ona görə çalışır ki, daha az inkişaf edən cənuba pul ayırmasın. 

Və ya yaxın Ukraynanı götürək. Kiyev Donbassa həm də ona görə çox müstəqillik vermək istəmir ki, sabah qərb bölgələri də muxtariyyət tələb edəcək və ölkə büdcəsinə ianələr keçirməyəcəklər. İcra hakimlərinin ixtisarı vacibdirsə, ən yaxşısı onların yerinə bələdiyyə sisteminin gücləndirilməsidir. Ancaq bunun üçün azad və ədalət bələdiyyə seçkisi keçirmək lazımdır".