XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 December 2016 - 19:32

KTN-ə əlavə səlahiyyət verildi –Fərman

heyder esedov

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi (KTN) fiziki və hüquqi şəxslərə qrant verə biləcək.

Bu, Azərbaycan Respublikası prezidentinin 2015-ci il 21 oktyabr tarixli 654 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən, fəaliyyət sahələrinə uyğun olaraq Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə qrant verə bilən qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında bu gün imzaladığı fərmanda əksini tapıb.

Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyi fəaliyyət sahəsinə uyğun olaraq qrantlar verə biləcək.