XƏBƏR LENTİ

21 Sentyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 09:52

Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi açıqlandı –AMEA-da yeni təyinatlar

AMEA

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) yaradılan Yalançı Elmə Qarşı Mübarizə üzrə Komissiyanın tərkibi açıqlanıb

Komissiyanın sədri akademik Dilqəm Tağıyev təyin edilib.

Komissiyanın sədr müavini AMEA-nın müxbir üzvü Bəxtiyar Əliyev, üzvləri isə akademik Telman Əliyev, akademik Hətəm Quliyev, akademik Vasif Babazadə, AMEA-nın müxbir üzvləri Nuru Bayramov və Namiq Cəlilov seçilib.

Komissiyanın yaradılmasında məqsəd yalançı elmi iddiaların əsl mahiyyətini şərh etmək və ictimaiyyətə çatdırmaq, həmçinin yalançı elmə qarşı mübarizə üçün maarifləndirmə tədbirləri həyata keçirməkdir.

Trend