XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

09 Dekabr 2016 - 20:00

“Rusiya, İran və Çin dollardan imtina etməyə hazırdır” –Ərdoğandan mesaj

erdogan

"İki ölkə arasındakı ticarət dövriyyəsi 35 milyard dollara çatıb. Bu, çox ciddi bir rəqəmdir"

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda cümə namazından sonrakı çıxışında deyib.

Onun sözlərinə görə, Rusiya, İran və Çin dollardan imtina etməyə hazırdır:

“Xüsusilə ötən cümədən bu günə türk lirəsinə keçdiyi üçün xalqıma təşəkkür edirəm. Ancaq bu, yetərli deyil. Baş nazir də dünən bu barədə açıqlama verdi. Dövlətin də əməliyyatlarda türk lirəsindən istifadəsi bizim üçün əlavə üstünlük olacaq.

Bu barədə sonuncu dəfə Putinlə danışmışam. Milli valyuta ilə idxal-ixrac reallaşacaq. İki ölkə arasındakı ticarət dövriyyəsi 35 milyard dollara çatıb. Bu, çox ciddi bir rəqəmdir. Bunu İranla və Çinlə də danışdıq. Onlar da bu mövzuda əməkdaşlıq etmək fikrindədirlər”.

Axar.az