Amerikada nümayiş olunan yeni gizli sənədlər İsrailin hələ ötən əsrdə nüvə silahını sınaqdan çıxardığına dair iddiaların həqiqət olduğunu üzə çıxarıb.
Strateq.az Fars News-a istinadla xəbər verir ki, həmin nüvə sınağı Amerika peykləri tərəfindən 1979-cu ildə təsbit edilib. Lakin ABŞ administrasiyası o dövrdə müttəfiqi İsrail üçün problem yaratmaq istəməyib.
Nüvə silahları sınaqlarını qadağan edən Konvensiyaya görə İsrailə qarşı sanksiya tətbiq etmək məcburiyyətində qalmamaqdan ötrü Ağ Ev bu məlumatı ört-basdır edib.
M.Rzasoy