Rusiya istehsalını 2015-ci ildə tamamladığı, nüvə silahına malik insansız sualtı gəminin testini həyata keçirib.
Strateq.az xəbər verir ki, Pentaqon "Kanyon" adlı sualtı gəminin hərəkətini təsbit edib.
Amerika limanları üçün böyük strateji təhdid olan bu gəmilər ABŞ hərbi qüvvələri və kəşfiyyatında ciddi narahatlıq doğurub.
Qeyd edək ki, V.Putin də Federal Məclisə müraciətində buna eyham vuraraq bildirmişdi ki, Rusiya donanmasının gəmiləri artıq daimi dislokasiya yerlərindən çox-çox uzaqlarda üzürlər.
M.Rzasoy