XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2016 - 22:56

Prezident idarəçiliyinə keçid- Layihə Türkiyə parlamentinə təqdim edildi

Türkiyə konstitusiyasına prezident idarəçiliyi üsuluna keçid müddəasıda olmaqla dəyişikliklər paketi müzakirə olunması üçün Böyük Millət Məclisinə təqdim edilib.  
 
Qanun layihəsi dəyişikliklərin təşəbbüskarı olan hakim Ədalət və İnkişaf Partiyası fraksiyası tərəfindən təqdim edilib.
 
Qeyd edək ki, konstitusiyaya əsas dəyişiklik Türkiyənin parlament sistemindən prezident idarəetmə sisteminə keçidi və baş nazir postunun ləğv edilməsini nəzərdə tutur.
 
Layihə, həmçinin, prezidentə partiya üzvlüyünü saxlanılmasını, qanunverici və icra səlahiyyətlərinin genişləndirilməsini, habelə Nazirlər Kabinetini formalaşdırmaq hüququnun verilməsini nəzərdə tutur.     
 
Dəyişikliklər, həmçinin, millət vəkillərinin sayını 550-dən 600-dək artırılmasını və namizədlərin minimal yaş həddinin 18 yaşadək endirilməsini nəzərdə tutur.  
 
Layihə parlament tərəfindən qəbul edildiyi təqdirdə ümummilli səsverməyə çıxarılacaq. Dəyişikliklər paketinin dəstəklənəcəyi halda referendumun 2017-ci ilin yazında keçirilməsi mümkündür.     
 
Dəyişikliklər referendum zamanı dəstəklənərsə, təkliflərin bir qismi səsvermədən dərhal sonra qüvvəyə minəcək. Prezident idarəetmə sisteminə keçidi nəzərdə tutan müddəanın isə yalnız  2019-cu ildə – növbəti prezident seçkilərindən sonra qüvvəyə minməsi mümkündür(apa).