Dekabrın 10-da axşam saatlarında İstanbulun mərkəzində çoxsaylı insan tələfatına səbəb olan terror aktının PKK tərəfindən törədilməsinə dair ciddi şübhələr var.
Bununla bağlı açıqlama verən Türkiyə Baş nazinin müavini Numan Kurtulmuş bildirib ki, avtomobildə ən azı 300-400 kiloqram partlayıcıdan istifadə olunub. Hökumət nümayəndəsinin sözlərinə görə, terrorun PKK tərəfindən törədilməsinə dair ciddi əsaslar var. Bununla bərabər, istintaq tədbirləri əsasında daha dəqiq açıqlama olacaq(azərtac).