XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 10:43

Türkiyədəki terrora Avropadan eybəcər münasibət:“Əslində, Türkiyənin gözü qorxub"

terror

İngiltərənin “İndependent” qəzeti İstanbulda baş verən terror hücumundan yazıb.

Qəzet rəsmi Ankaranın bundan sonra terrorizmə qarşı daha sərt mübarizə aparacağını proqnozlaşdırıb:

“Ərdoğan hökumətinin ilk reaksiyasında, inqilab cəhdindən sonra olduğu kimi, qisasa çağırış hiss olundu. Rəsmilər partlayışdan dərhal sonra intiqamın alınacağına söz veriblər.

Hadisənin arxasında kimin və yaxud hansı qrupun dayandığını bilmək, əslində, ədalətin bərqərar olması baxımından çox vacibdir. Ancaq indi vacib olan həm də türk hökumətinin kimi günahlandırmasıdır. Günahlandırılan isə kürdlərin PKK-sıdır.

Türkiyənin son hadisələrə görə kürd separatçılarına qarşı hərbi əməliyyatları gücləndirəcəyi gözlənilir”.

Məqalədə Türkiyənin silsilə terrorlardan sonra bir qədər geri çəkildiyi yazılıb:

“Əslində, Türkiyənin gözü qorxub. İraq və Suriyadakı hadisələr kənardan stabil və güclü görünən dövlətin necə asanlıqla parçalana biləcəyini təsdiqləyib. Ancaq türklər hər şeydən öncə İŞİD-in onların ölkəsinə nə qədər təhlükə yaratdığını anlamalıdır. İŞİD artıq Türkiyənin Suriya ilə sərhədinə çatıb. İŞİD və PKK qüvvələrini balanslaşdırmaq cəhdlərinin uğursuz siyasət olduğu da göz qabağındadır.

Kürd məsələsinə gəlincə, bunun yeganə həll yolu var, o da siyasi tənzimləmədir. Keçmişdə belə uğurlu sülh cəhdləri olub. PKK ilə İŞİD-in əsas fərqi də məhz buradadır. Kürd məsələsinin sülhlə həll olunması ehtimalı var. İŞİD-dən fərqli olaraq, PKK Ankarada xilafət qurmaq niyyətində deyil.

Ərdoğan hökuməti son hadisələrə yəqin ki, vətəndaş cəmiyyətinə basqıları, həbsləri artırmaqla reaksiya verəcək. Amma Britaniyanın Xarici İşlər naziri Boris Conson demiş, Türkiyə, Səudiyyə Ərəbistanı, İran və Misir liderləri terrorun öhdəsindən gələcək qədər düzgün siyasət aparmırlar”.

Xatırladaq ki, 10 dekabrda İstanbuldakı “Vodafon Arena”da baş verən dəhşətli teraktdan və 38 şəxsin həlak olmasından sonra Avropadan gözlənilən rekasiyanın verilməməsi, əvəzində isə terrorun arxasında dayanan PKK-nın birbaşa və dolayısı ilə himayə edilməsi cəhdləri diqqət çəkir.  (Axar.az)