"Son 10 ildə bəzi jurnalistlər qeyri-qanuni fəaliyyətlə məşğul olublar".
Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev deyib.
M. Quliyev bildirib ki, onlar müəyyən vəzifəli şəxslər, onların övladları ilə bağlı qeyri-qanuni çəkilişlər aparıb, pul tələb ediblər.
"Bununla bağlı cinayət işi başlanılıb. DTX tərəfindən bu işə hüquqi qiymət veriləcək", – deyə M. Quliyev qeyd edib. (APA)