XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 19:06

Con Makkeyn:"Putin bandit, qatil və KQB agentidir"

"Vladimir Putin bandit, qatil və KQB agentdir. Gəlin, onu öz adıyla çağıraq». 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri Arizona ştatının senatoru Con Makkeyn CBS-ə açıqlamasında deyib.

Makkeyn ABŞ-ın yeni prezidenti Donald Trampın Rusiya və Putinlə  bağlı mövqeyindən narahat olduğunu bildirib: «Söhbət ondan getmir ki, Putinlə danışmasın və heç bir iş görməsin. Əlbəttə ki, danışmalıdır. Amma bunu Ronald Reyqan kimi etməli – güc dili ilə danışmalıdır».

Senator ümid edir ki, Tramp məsləhətlərə qulaq asaraq Rusiyaya qarşı siyasətində güc mövqeyindən çıxış edəcək: «Ümid edirəm ki, Tramp Rusiya məsələsində yeni təyin etdiyi müdafiə naziri, general Ceyms Mattisin məsləhətlərini dinləyəcək».

Makkeyn Putinlə sıx əməkdaşlıq etmiş Reks Tillersonun dövlət katibi postuna təyinatından da narahat olduğunu deyib. 

Senator açıqlamasında Mərkəzi Kəşfiyyat İdarəsinin Rusiyanın ABŞ-dak son seçkilərə Trampın xeyrinə müdaxilə etdiyinə dair hesabatına da toxunub. Bildirib ki, bu məsələdə hansı addım atmalı olduğunu bilmir: «Neyləməli olduğumu bilmirəm. Aydındır ki, Rusiyanın müdaxiləsi olub. Bu müdaxilə hətta nəticəyə təsir etməyibsə belə, mütləq istintaq aparılmalıdır. Onlar bu kampaniyaya qarışıblar».

Qeyd edək ki,  bir müddət əvvəl Makkeyn Trampı Rusiyanın seçkiyə müdaxiləsini etiraf etməyə çağırmışdı.

Senator onu da bildirib ki, Rusiyanın bundan sonrakı təsir və planlarını öyrənmək üçün Kəşfiyyat Komitəsinin senatorlarından ibarət xüsusi komissiyası yaratmağı düşünür.