ABŞ-ın prezidenti seçilən Donald Trampın dövlət katibi vəzifəsinə təyin etmək istədiyi Mitt Romni təklifdən imtina edib.
Strateq.az xəbər verir ki, M.Romni "Facebook" səhifəsində belə yazıb: "Mənim üçün ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd olmaq şərəf idi".
Romni Tramp ilə danışıqları "xoş və faydalı" adlandırıb.
Xatırladaq ki, bu gün ABŞ-ın yeni dövlət katibinin adı açıqlanıb. Bu barədə D.Tramp "Twitter"dəki mikrobloqunda məlumat verib.
"FoxNews"un məlumatına görə, Dövlət Departamentinin rəhbəri "ExxonMobil" şirkətinin rəhbəri Reks Tillerson olacaq.
M.Rzasoy