XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 16:57

“Azərbaycan əməliyyatın bərpası istiqamətində intensiv hazırlıq işləri aparır” –Erməni politoloq

tank

Ötən gün Azərbaycanın işğal altındakı ərazilərindən İrəvana qayıdan erməni politoloq Tiqran Abramyan təmas xəttində apardığı müşahidələr haqda danışıb.

Tiqran Abramyan "Aykakan Jamanax" qəzetinə açıqlamasında danışıqların dayandığı bir vaxtda təmas xəttində müşahidə edilənlər yeni müharibə hazırlığından xəbər verdiyini bildirib. 

Onun sözlərinə görə, Azərbaycan ordusu təmas xəttində fəallıq nümayiş etdirir və bu fəallıq təkcə mühəndis-istehkam işlərində və snayperlərin fəaliyyətində özünü göstərmir.

“Təmas xəttinin müxtəlif istiqamətlərində qarşı tərəfin qoşunları intensiv yerdəyişməsi və cəmləşdirilməsi müşahidə olunur, kiçik miqyaslarda təlimlər keçirilir. Bütün bunlar özü gərginlik yaradır. Danışıqlar olmayanda avtomatik olaraq hərbi əməliyyatların bərpası ehtimalı artır. İstənilən halda Azərbaycan bu istiqamətdə intensiv hazırlıq işləri aparır” – deyə, Abramyan bildirib.

virtualaz.org