XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2016 - 17:35

ABŞ-ın xarici siyasətini Putinin dostu müəyyənləşdirəcək:Yeni dövlət katibi “rusqafalı” çıxdı

 

rex-tillerson-2_1

ABŞ-ın yeni prezidenti Trampın kabinetindəki ən əhəmiyyətli vəzifələrdən birini Putinin yaxın dostu tuta bilər.

Strateq.az xəbər verir ki, bu məlumatı Associated Press agentliyi yayıb.

Xəbərə görə, bu “rusqafalı” adam ABŞ-ın ən böyük neft və təbii qaz şirkəti “Exxon Mobil”in baş direktoru Rex Tillersondur. Tillersonun növbəti hökumətin xarici siyasətini müəyyənləşdirən dövlət katibi olacağı gözlənilir.

64 yaşlı Tillerson Putinə ən yaxın ABŞ vətəndaşlarından biri kimi tanınır. Tramp kimi, o da indiyədək heç bir siyasi missiya daşımayıb. “Exxon” şirkətinin rəhbəri kimi, aralarında Rusiyanın da olduğu 50-dən çox ölkədə işgüzar fəaliyyətlə məşğul olan Tillerson 2013-cü ildə Rusiya prezidenti Vladimir Putindən mülki şəxslərə verilən ən yüksək dövlət ordeni-“dostluq nişanı” alıb.

Diplomatik heç bir təcrübəsi olmayan Tillersonun həm də Putinə yaxınlığı ABŞ siyasi dəhlizlərində birmənalı qarşılanmır. Putinin dostunun Ağ evin ən önəmli postlarından birində əyləşməsi üçün sadəcə bir mərhələ qalıb: onun namizədliyi ABŞ Senatında təsdiqlənməlidir. 100 nümayəndəsi olan Senatda 51 senatorun səsi yeni Tillersonun öz sələfi Con Kerrinin yerində əyləşməsi üçün kifayət edəcək.

Reks Tillerson Azərbaycan hakimiyyətini də yaxından tanıyan ismdir. O, 1998-ci ildə “Exxon”-un Xəzər dənizi hövzəsi və Rusiyadakı sərmayələrindən məsul şəxs olduğu dövrdə regionla əlaqələrini dərinləşdirmişdir. Xəzər hövzəsində yerləşən ən önəmli neft və qaz ölkələrindən birinin də Azərbaycan olduğunu nəzərə alsaq, Tillersonun rəsmi Bakıyla da dərin əlaqələri istisna edilə bilməz.