Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə birgə işçi naharı olub.
Strateq.az Azertac-a istinadən xəbər verir ki, sonra Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu 1997-ci ilin avqustunda Bakıya səfəri zamanı Baş nazir Benyamin Netanyahunun ulu öndər Heydər Əliyev ilə görüşdüyü "Şəfəq" iqamətgahına gəliblər.
Prezident İlham Əliyev və Baş nazir Benyamin Netanyahu burada xatirə şəkli çəkdiriblər.