XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

13 Dekabr 2016 - 18:35

Netanyahu və xanımı Şəhidlər xiyabanını ziyarət etdi –FOTOLAR

netanyahu-sehidler

İsrailin Baş naziri Benyamin Netanyahu və xanımı Sara Netanyahu bu gün Şəhidlər xiyabanını ziyarət ediblər.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahu Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının mənzərəsini seyr edən İsrailin Baş nazirinə və xanımına Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.