XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 00:52

Rusiyanın BMT-dəki daimi nümayəndəsi:"Suriya hökuməti Hələbə nəzarəti bərpa etdi"

curkin

Suriya hökuməti şərqi Hələb üzərində nəzarətini bərpa edib. 

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.

“Son saata əldə etdiyimiz məlumata əsasən, şərqi Hələbdə hərbi əməliyyatlar dayandırılıb”, – deyə, o, qeyd edib.  

Bununla belə, mənbə agentliyə silahlıların son qrupunun hələ də şəhərdən çıxmadığını bildirib, hazırda əməliyyatın detallarının (dəhlizin, nəqliyyat vasitələrinin ayrılması və digər təhlükəsizlik məsələləri)  razılaşdırılması prosesi davam etdirilir.  

Çurkin bundan əvvəl silahlıların şəhərdən çıxarılmasına dair razılaşmanın əldə olunduğunu bildirib.  

Onun sözlərinə görə, silahlılar ailə üzvləri və yaralı silahdaşları ilə əvvəlcədən razılaşdırılmış dəhlizlərlə şəhəri tərk edirlər. 

APA