XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

14 December 2016 - 11:34

“…Buna görə Misir Əsəd hökumətini dəstəkləyir” –Səudiyyəli general Misirlə ixtilafların səbəblərini açıqladı

enver-seudiyye-generel

Birləşmiş Ərəb Əmrliklərinin milli bayramı ilə əlaqədar bu ölkəyə səfər edən Misir prezidenti Əbdülfəttah əs-Sisinin Səudiyyə Ərəbistanı kralı Səlman Bin Əbdül Əziz ilə görüşməməsi bu iki ölkə arasındakı problemlərin artdığına dəlalət edir.

Strateq.az xəbər verir ki, Misirin "Əl-Şürük" nəşrinə müsahibə verən sabiq Səudiyyə generalı Ənvər Aşki də bu rəyi təsdiqləyib:

"Səudiyyə Ərəbistanı İranı bir nömrəli düşmən sayır, Misir isə "Müsəlman qardaşları" təşkilatını. Bəşər Əsəd iqtidarı davam etdikcə, Ərəbistan Suriyada İran təsirinin qalmasına qarşı çıxacaq və suriyalı silahlı müxalifəti dəstəkləyəcək. Əsəd hökumətinin yıxılması Suriyada "Müsəlman qardaşları"nın güclənməsi deməkdir. Buna görə də Misir Əsədin hökumətini dəstəkləyir. Rəsmi Qahirə və ər-Riyadın ixtilaf mənbəyi də budur".

Sabiq hərbiçinin sözlərinə görə, ikinci problem Yəmən ilə əlaqədardır.

Rəsmi Qahirə Səudiyyə Ərəbistanınının Yəməndəki "Müsəlman qardaşları"na bağlı olan Əl-İslah Partiyasını dəstəkləməsinə etiraz edir''. 

M.Rzasoy