XƏBƏR LENTİ

26 Yanvar 2021
25 Yanvar 2021

Digər Xəbərlər

14 Dekabr 2016 - 12:45

“Qara bazar”la bağlı növbəti əməliyyat:8 nəfər saxlanıldı

din-1

Ayrı-ayrı şəxslər tərəfindən qanunsuz valyuta mübadiləsi əməliyyatlarının aparılmasına qarşı məqsədyönlü mübarizə sahəsində daxili işlər orqanları tərəfindən xüsusi əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olmuş məlumat əsasında Xətai rayonu ərazisində yerləşən kafelərdən birində əməliyyat-axtarış tədbiri həyata keçirilib.

Nəticədə həmin obyektdə qanunsuz valyuta mübadilə fəaliyyəti ilə məşğul olan Masallı rayon sakini Elnur Əkbərov, paytaxt sakinləri Fərhad Məhərrəmov və Vüsal Mikayılov 52 min ABŞ dollarını 96 min 200 manata satan zaman saxlanılıblar.

Onların üzərlərinə baxış zamanı əlavə olaraq ümumilikdə 13 min 920 ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunub.

Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

Elə həmin gün belə bir tədbir Sumqayıt şəhərində də həyata keçirilib. Belə ki, Şəhər Polis İdarəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində şəhərin 32-ci məhəlləsində yerləşən ticarət mərkəzinin ərazisində qanunsuz valyuta mübadiləsi fəaliyyəti ilə məşğul olduqlarına görə 4 nəfər – Fərmayıl Hacıyev, Xəqani Albandayev, Azər Məmmədov, İsfəndiyar Nağıyev saxlanılıblar.
Tədbirlərin davamı olaraq bu fəaliyyətlə məşğul olan daha bir şəhər sakini İsmayıl Balayev də saxlanılıb.

Həmin şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub.

DİN vətəndaşlara xəbərdarlıq edərək bildirir ki, ölkənin maliyyə sisteminin sabit və dayanıqlılığına, maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunmasına qarşı fəaliyyət göstərən şəxslərlə mübarizə tədbirləri bundan sonra da davam etdiriləcək. Odur ki, qanunsuz olaraq valyuta mübadiləsi ilə məşğul olan şəxslərin bu hüquqazidd əməllərdən çəkinmələri tələb olunur.