XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 20:28

“Al Jazeera”:"Muxaliflər Hələbdən çıxıb Türkiyəyə yollanacaq"

silah-suriya

"Al Jazeera" kanalı Hələblə bağlı üçtərəfli (Rusiya, Türkiyə, İran) razılaşmasının təfərrüatlarını açıqlayıb.

Strateq.az xəbər verir ki, Hələbdə atəşkəsin və təxliyənin təmin edildiyi halda rejim müxaliflərinin bir qismi "Fırat qalxanı" əməliyyatına qatılacaq.

Şərqi Hələbdəki bir neçə kvadrat kilometr sahədə qalan terrorçular yüngül silahları ilə birlikdə şəhəri tərk edəcəklər. Hazırda Hələbdə türkmən "Sultan Murad" və "Fatih Sultan Mehmed" briqadaları, "Nurəddin Zengi" birlikləri və "Nusra cəbhəsi"nə aid qüvvələrı döyüşür. Şəhərin üç məhəlləsi onların əlindədir.

"Al Jazeera"nın verdiyi məlumata görə, şimaldakı İdlibə yollanacaq "Sultan Murad", "Fatih Sultan Mehmed" və "Nurəddin Zəngi" birlikləri buradan Türkiyəyə keçəcək. Bundan sonra onlar Türkiyənin dəstəklədiyi "Azad Suriya Ordusu"na birləşəcək. "Fırat qalxanı"na qatılacaq müxaliflərin sayı isə tam olaraq bilinmir.

"Al Jazeera"ya məlumat verən qaynaq "bir neçə min" ifadəsi işlədib. "Nusra"ya bağlı döyüşçülər isə Hələbdən çıxdıqdan sonra İdlibdəki digər "Nusra"çılara qatılacaq.

M.Rzasoy