XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 10:49

İsrailli ekspert:"Silahlı qruplara dəstək verə bilərdik..."

ehud-arye

İsrailin "Kanal 2"sində çıxış edən Yaxın Şərq üzrə analitik Ehud Arye maraqlı açıqlamalalr verib.

Strateq.az xəbər verir ki, onun sözlərinə görə, Hələbdə atəşkəs Suriya prezidenti Bəşər Əsədin bu ölkədəki savaşda qazandığı zəfərin rəmzi oldu.

Ehud Arye daha sonra bildirib: "İsrailin Hələbdə yaşanan hadisələrdən məmnun olması üçün heç bir səbəb yoxdur. Bəşər Əsəd hələ uzun illər sarayında qalacaq və bu vəziyyət İran və "Hizbullah"a İsrailin şimal sərhədlərində azad fəaliyyət göstərmə imkan verəcək".

Analitikin sözlərinə görə, təhdid üçün İsrail silahlı qruplara cənubdan kömək edə bilərdi: "Amma sonrakı proseslər buna şərait yaratmadı".

M.Rzasoy