Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin əmlakına həbs qoyulub.
Strateq.az xəbər verir ki, bu barədə Moskva şəhərinin Basman Rayon Məhkəməsi qərar çıxarıb.
Üzərinə həbs qoyulan əmlaka 10 torpaq sahəsi və Smolensk vilayətindəki ev daxildir.
Xatırladaq ki, A.Ulyukayev noyabrın 15-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. İstintaq Komitəsi onu 2 milyon dollar rüşvət almaqda ittiham edir. Sabiq nazir hazırda ev dustağıdır.