XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 12:40

“Status-kvo”nun dəyişməsi Qarabağ nizamlanmasının əsasını təşkil etməlidir” –Prezident

ilham-giurcu-nazir

Azərbaycan prezidenti İlham Əliyev Gürcüstanın müdafiə naziri Levan İzorianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İlk rəsmi səfərini Azərbaycana etməsini ölkələrimiz arasında yaxın münasibətlərin təzahürü kimi dəyərləndirən L. İzoria ikitərəfli əməkdaşlığımızın inkişafında mühüm rol oynamış Heydər Əliyevin xatirəsini ehtiramla yad edib.

Gürcüstanın Azərbaycanın ərazi bütövlüyünü bundan sonra da dəstəkləyəcəyini bildirən nazir Azərbaycanın da öz növbəsində Gürcüstanın ərazi bütövlüyünə verdiyi dəstəyə görə minnətdarlığını ifadə edib. Gürcüstanın müdafiə naziri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasının vacibliyini vurğulayaraq bildirib ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir. L. İzoria ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb.

Gürcüstanın müdafiə nazirinin ilk rəsmi səfərini Azərbaycana etməsinin ölkələrimiz arasında münasibətlərin yaxşı göstəricisi olduğunu deyən prezident İlham Əliyev strateji dostluq əlaqələrinin müxtəlif istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində uğurlu inkişafından məmnunluğunu bildirib.

Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləyib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan dövlət başçısı qeyd edib ki, Minsk qrupunun həmsədr ölkələri dəfələrlə status-kvonun qəbuledilməzliyini və onun dəyişilməsinin vacibliyini bəyan ediblər və bu, münaqişənin nizama salınmasının əsasını təşkil etməlidir. Prezident İlham Əliyev ölkələrimizin müdafiə nazirlikləri arasında əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə ümidvar olduğunu bildirib.

apa