XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 12:54

Yaşayış minimumu məbləği qaldırıldı –Qanun təsdiqləndi

meclis-1

Milli Məclis dekabrın 16-da keçirdiyi iclasda "2017-ci il üzrə yaşayış minimumu haqqında" qanun layihəsini də qəbul edib.

Qanuna əsasən, 2017-ci ildə Azərbaycanda yaşayış minumumu 155 manat proqnozlaşdırılıb.

Əhalinin sosial-demoqrafik qrupları üzrə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün – 164,5 manat, təqaüdçülər üçün – 130,2 manat, uşaqlar üçün – 136,6 manat təşkil edəcək.

Xatırladaq ki 2016-cı ildə yaşayış minimumu 136 manat idi. Bu göstərici əmək qabiliyyətli əhali üçün – 145 manat, təqaüdçülər üçün – 115 manat, uşaqlar üçün – 118 manat təşkil edib.

Modern.az