XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 14:03

“Heç bir şey bilinmədən Milli Məclis nə qəbul edə bilər?” –Spikerdən deputata irad

oqtay

"Ötən gün Xəzər dənizində bizim neftçilər itkin düşdü. Bu, bir il ərzində ikinci hadisədir. Biz qonşu dövlətlərlə əhatə olunmuşuq. Onların bəziləri Azərbaycanın müstəqil siyasəti ilə razı deyillər. Bu baxımdan müəyyən təxribatlar da ola bilər. Ola bilər ki, ayrı-ayrı dövlətlər tərəfindən estakadalar zədələnsin və onların aşması üçün şərait yaradılsın”.

Bunu parlamentin iclasında deputat Qüdrət Həsənquliyev deyib. 

O bildirib ki, faciəyə görə məsuliyyət daşıyan insanlar tapılıb müəyyənləşdirilməlidir. 

Deputatın sözlərinə görə, xarici təxribat varsa, bu da aşkar olunmalıdır. "Buna görə də, parlament tərəfindən Baş Prokurorluğa xüsusi müraciət etməliyik ki, belə halların baş verməməsi üçün tədbirlər görülsün. Mən ölənlərin ailələrinə dərin hüznlə başsağlığı verirəm. Hesab edirəm ki, parlament də bu məsələdə öz sözünü deməlidir”.

Milli Məclisin sədri Oqtay Əsədov isə bildirib: "Bu məsələnin həll edilməsi üçün Dövlət Komissiyası yaradılıb. Bu komissiya işləməlidir, nəticələr bilinməlidir. Heç bir şey bilinmədən Milli Məclis nə qəbul edə bilər?”.

Modern.az