XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 18:35

“Hələb indiki vəziyyətə düşməyəcəkdi, əgər…” –Rəsmi Ankaradan ABŞ-a ittiham

ibrahim

"Əgər bizim dediyimiz kimi neytral zona yaradılsaydı, Hələb indiki vəziyyətə düşməyəcəkdi".

Bunu jurnalistlərə açıqlamasında Türkiyə prezidentinin mətbuat katibi İbrahim Qalın söyləyib.

"ABŞ Suriya siyasətində ard-arda böyük yanlışlara yol verdi. Bu gün Suriyada baş verənlərə görə onlar məsuliyyət daşıyırlar”.(Axar.az).

Qeyd edək ki, bundan öncə Suriya hökumət qüvvələri Hələb şəhərində nəzarəti tam bərpa edib. Bu, Suriyada vətəndaş müharibəsinin başlanmasından sonra Əsəd rejiminin ən böyük qələbəsidir. Nəticədə şəhərdən müxaliflərin böyük köçü başlayıb. Ankara Hələbdən çıxan qaçqınları qəbul etməyə hazır olduğunu bildirib.