XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2016 - 23:24

Qazaxıstanda bütün sosial şəbəkələrə giriş bağlandı –Nazarbayevdən müəmmalı qərar

feysbuk.jpg

Qazaxıstanın bütün ərazisində məşhur Qərb sosial şəbəkələrinə girişə qadağa qoyulub.

Virtualaz.org “Gazeta.ru”ya istinadən xəbər verir ki, hal-hazırda ölkə istifadəçiləri “Facebook”, “Google”, “Instagram” və “YouTube” kimi servislərə daxil ola bilmirlər.

Hələlik bu addımın səbəbi məlum deyil.

Bəzi mənbələrə görə, müxalifətçi siyasətçi Muxtar Ablyazovun “Azadlıq” radiosuna verdiyi müsahibənin gözlənilmədən “YouTube” videohostinqində yayımlanması belə bir qərarın verilməsinə gətirib çıxarıb.