XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 01:11

Obamadan məkrli açıqlamalar:"Rusiyanın, İranın və Əsədin əlləri qanlıdır”

obama

Hələbdə, pis-yaxşı, stabillik yaranıb. “Əsəd dostları” koalisiyasının hücumları nəticəsində 6 kvadrat kilomertlik dar sahəyə sıxışmış müxaliflər barədə Rusiya, Türkiyə və İran rəsmiləri danışıqlar nəticəsində ortaq məxrəcə gəliblər. Əldə edilən razılaşmaya görə, mühasirə vəziyyətinə düşmüş müxaliflərin Hələbdən çıxmasına şərait yaradılacaq, bunun müqabilində isə İdlibin iki qəsəbəsində dörd yandan ətrafları sarılan silahlı şiə qüvvələri təxliyyə olunacaq.

Bu razılaşmadan sonra Suriya xalqının uzun müddətdən bəri gözlədiyi vətəndaş müharibəsinin sona çatmasına ümidlər yaranarkən, ABŞ-dan stabilliyi yenidən pozacaq açıqlama gəlib. Açıqlamanı isə dilə gətirən ölkə prezidenti Barak Obamadır.

Strateq.az xəbər verir ki, ABŞ lideri açıqlamasında Suriyada yaşananları və Hələb məsələsini yenidən gündəmə gətirərək deyib: “İran, Rusiya və Əsədin əlləri qanlıdır. Hələb hücumuna qarşı bütün dünya birləşmiş vəziyyətdədir. Əsəd insanları qətl edərək legitimlik qazana bilməz”.

Maraqlıdır ki, müxaliflər Hələbdə çətin vəziyyətə düşərkən və başlarına yağan bombaları dayandırmaq üçün hərəkətə keçməyi ABŞ-dan acizanə xahiş edərkən Obama susurdu. İndi isə iş işdən keçdikdən, tərəflərdən hər ikisinin müəyyən güzəştlərə getməsindən sonra gedərayaq olan ABŞ prezidentinin yadına Hələbdə yaşananlar düşüb.

Loru dillə desək, “toydan sonra nağara” misalını xatırladan bu hümanizmin ağla gələn bir məqsədi var – nəyin bahasına olursa olsun, Suriyada qardaş qanının axıdılmasına davam etmək, islam dünyasını məhvə aparan məhzəb müharibələrini canlı tutmaq.

Məzhəbindən asılı olmayaraq, ABŞ-ın bu “dovşana qaç, tulaya tut” deyən ikili siyasətindən müsəlmanlar heç bir nəticə çıxarmasalar, həqiqətən də ölümü haqq edirlər. Bu qədər aydın görünən dağa nə bələdçi?

Heydər Oğuz

Strateq.az