XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Dekabr 2016 - 02:18

Ərdoğandan Hələb açıqlaması:"Türkiyə onları tək buraxmayıb, buraxmayacaq da"

erdogan

Türkiyə prezidenti Ərdoğan Hələbdəkı dinc əhaliyə və dünyaya müraciət edib.

Strateq.az TRT-yə istinadən bildirir ki, Ərdoğan Türkiyənin hələbliləri tək buraxmayacaqlarını açıqlayıb:

"Hələblilər bilsin ki, Türkiyə onları tək buraxmayıb, buraxmayacaq da. Tək bir canı qurtarmaq üçün əlimizdən gələni nəyin bahasına olursa, olsun, etməkdən çəkinməyəcəyik".

Bu arada Almaniya kansleri Merkel Ərdoğanla telefonla danışıb. O, Hələbdən qaçan dinc əhalini qəbul edən Türkiyəyə 50 milyon avro yardım ayırdıqlarını da bildirib.

Qeyd edək ki, son iki gün ərzində Hələbdən Türkiyəyə 8 min nəfər sığınıb.

Rəsmi Ankara qaçqınları qəbul etmək üçün 10 min nəfərlik çadır və ərzaq hazırlığı görüb.

Strateq.az