XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 21:01

İran, Rusiya və Türkiyə xarici işlər nazirləri görüşəcək –İranın Rusiyadakı səfiri açıqladı

mehdi-iran-rusya-sefiri

İranın Rusiyadakı səfiri Mehdi Sənai bu ayın sonuna qədər İran, Rusiya və Türkiyə xarici işlər nazirlərinin birgə toplantısının olacağını bəyan edib.

Strateq.az xəbər verir ki, M.Sənai günbəgün inkişaf etməkdə olan İran-Rusiya əlaqələrinə işarə edərək, bu əlaqələrin yeni keyfiyyət və strateji xüsusiyyətə malik olduğunu deyib.

"İki ölkə tarixində əlaqələrin belə bir inkişafı görülməyib", – deyə səfir əlavə edib.

M,Sənainin sözlərinə görə, Qərb ölkələrinin Əfqanıstan, İraq, Suriya, Yəmən və Liviyada yanlış müdaxilələri bölgənin sabitsizliyinə səbəb olub. Lakin İran və Rusiya vəziyyəti düzəltməyə çalışdılar.

"Əminəm ki, bölgənin digər gücləri də belə yanaşma seçəcək. Bu ayın sonunda baş tutacaq İran-Rusiya-Türkiyə xarici işlər nazirlərinin toplantısı buna ümid ola bilər".

M.Rzasoy