XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

17 Dekabr 2016 - 21:10

Separatçı rejim təxribatçı Lapşinin müdafiəsinə qalxdı:"Bu, Belarusun imicinə mənfi təsir edəcək"

lapisin

Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) "prezidenti"nin sözçüsü David Babayan ölkəmizin sərhədlərini pozan təxribatçı bloger Aleksandr Lapşinin Belarusdan Azərbaycana ekstradisiya etməməyə çağırıb.

Strateq.az xəbər verir ki, "Dövlət sərhədi haqqında" Qanunun və Miqrasiya Məcəlləsinin pozulmasına görə beynəlxalq axtarışı elan edilmiş blogger A.Lapşin Azərbaycanın xahişi ilə Minskdə saxlanılıb.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti rəsmi Bakının Minskdən Lapşinin ekstradisiya olunmasını xahiş etdiyini bildirib.

"Novosti Armeniya"ya açıqlama verən D.Babayan deyib: "Aleksandr Lapşinin ekstradisiyası Belarusun imicinə mənfi təsir edəcək".

Onun sözlərinə görə, Azərbaycanın cəhdləri Belarusun daxili işlərinə müdaxilədir.

Xatırladaq ki, əvvəllər A.Lapşin Azərbaycan XİN-in "qara siyahı"sına daxil edilib. Rəsmi Bakı Azərbaycan hakimiyyətinin razılığı olmadan qondarma DQR-in ərazisinə səfər etmiş əcnəbilərə dair siyahını 2013-ci ildə açıqlayıb. Bu şəxslərin Azərbaycan girişi qadağandır.

Ancaq 2015-ci ilin iyununda Lapşin Ukrayna pasportu ilə Gürcüstan vasitəsilə Azərbaycana daxil olub.

M.Rzasoy