XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

18 Dekabr 2016 - 16:27

Kerri yenidən Səudiyyə Ərəbistanında –Kralla yaxın Şərqi müzakirə etdi

kerri-salman

Bu gün ABŞ dövlət katibi Con Kerri Səudiyyə Ərəbistanına səfər edib.

APA-nın SPA agentliyinə istinadən verdiyi məlumata görə, C. Kerri Ər-Riyadda Səudiyyə Ərəbistanının kralı Salmanla görüşüb və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.

Görüşdə Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr də iştirak edib. Tərəflər görüşdə regiondakı prosesləri və problemlərin həlli istiqamətində birgə səyləri müzakirə ediblər. Eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərinə toxunulub.

Qeyd edək ki, Dövlət Departamenti bundan əvvəl C. Kerrinin 18-19 dekabr tarixlərində regiondakı prosesləri və Yəmən münaqişəsini müzakirə etmək üçün Ər-Riyada səfər edəcəyi barədə məlumat yayıb.