XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Dekabr 2016 - 22:46

Polşada vəziyyət qarışdı– Hökumətin istefası tələb olunur (FOTOLAR)

Polşada dekabrın 16-dan başlayan etirazlar bu gün də davam edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, parlamentin qəbul etdiyi bəzi qanunlara etiraz olaraq başlayan nümayişlərdə hökumətin istefası da tələb olunur.

Ölkənin keçmiş prezidenti Lex Valensa bildirib ki, hazırkı prezident Andjey Duda və hakim Haqq və Ədalət Partiyası istefaya getməlidir.

"Əgər dirəniş göstərsələr, məhkəmə qarşısına çıxacaqlar. İstefa yeganə çıxış yoludur. Nə qədər tez olsa, bir o qədər xeyirli olar», – deyə Valensa «Facebook» səhifəsində yazıb.
 
Bu gün müxalifətin mitinqi ilə yanaşı, hökumətyönlü qüvvələrin də aksiyası keçirilib. Hakim partiyanın nümayəndələri xalqı sülh və birliyə çağırıblar, müxalifətin təşkil etdiyi etirazların arxasında kənar qüvvələrin dayandığını bildiriblər.

Hakim partiyanın mitinqinə müxalif jurnalistlər buraxılmayıb. 

Xatırladaq ki, dünən gecə etirazçılar Varşavada parlamentin girişini qapadıblar. 
 
Polşanın daxili işlər naziri Mariuş Blaşak bildirib ki, müxalifətin hərəkətləri hakimiyyəti zorla ələ keçirmək cəhdi kimi qiymətləndirilə bilər.