Rusiya Müdafiə Nazirliyində "İl-18" təyyarəsininYakutiyada qəzaya uğramasını şərh ediblər.
Rusiya MN-dən bildirilib ki, təyyarə qəza enişi edib.
"Bütün sərnişinlər və ekipaj üzləri sağdır. 23 nəfər vertolyotla xəstəxanalara çatıdırlıb. Onlardan 16-sı ağır vəziyyətdədir", – deyə nazirlikdən qeyd edilib.
Qeyd edək ki, bundan əvvəl hüquq-mühafizə orqanlarından bildirilmişdi ki, "İl-18" üç yerə parçalanıb. İlkin veriya kimi qəzaya idarəetmədə yanlışlığa yol verilməsi və pis hava şəraitinin səbəb olduğu bildirilir. (APA)