XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 12:06

Ermənistanda rusiyalı hərbiçinin cəzası dəyişməz qaldı –Məhkəmə qərarı (FOTO)

rus-esger-ermenistan-mehkeme

Dekabrın 19-da Ermənistan Apelyasiya Məhkəməsi rusiyalı hərbi qulluqçu Valeri Permyakovla bağlı işə baxım və ömürlük azadlıqdan məhrumolma cəzasını dəyişməz saxlayıb.

Strateq.az xəbər verir ki, zərərçəkən tərəf iki iddia irəli sürüb.

Onların fikrincə, Permyakov təkbaşına hərəkət etməyib. Başqa bir şikayətlə onlar 450 min avro məbləğində maddi ziyanının ödənilməsi tələbi irəli sürüblər.

Xatırladaq ki, rusiyalı hərbi qulluqçu 2015-ci il yanvarın 12-də Gümrüdə uşaqlar da daxil olmaqla, Avetisyan ailəsinin yeddi üzvünü qətlə yetirib. Buna görə də ömürlük həbs cəzası alıb. V.Permjakova Rusiya Federasiyasının Gümrüdəki hərbi bazasında qulluq edib.

M.Rzasoy