XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Dekabr 2016 - 16:43

ADP toplandı və iqtidara tələb irəli sürdü:"Hökumət tam tərkibdə istefa verməlidir"

adp

Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. 

Partiyadan Strateq.az-a daxil olan məlumata görə, toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

 Toplantı iştirakçları ilk növbədə sosial-iqtisadi böhranla bağlı məsələyə münasibət bildirib və hakimiyyətin antiböhran proqramının tam şəkildə iflasa uğradığını və cəmiyyətin artıq sosial böhranın psixoloji mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. 

Qeyd edilib ki, iqtidar xalqı böhrandan çıxarmaq gücündə deyil və yaranmış vəziyyətin baiskarı olan hökumət tam tərkibdə istefa verməli və günahkar şəxslər cəzalanmalıdır.

İdarə Heyəti ölkədə sosial-iqtisadi böhranın getdikcə gərginləşməsini nəzərə alaraq, hakimiyyəti qiymətlərin artımı, işsizliyin sürətlənməsi, manatın məzənnədən düşməsi ilə müşayət olunan sosial böhranın aradan qaldırılması üçün təcili addımlar atmağa, cərimələrin, rüsumların minimuma endirilməsi, aztəminatlı ailələlərə dövlət qayğısının artırılması, kəskin bahalaşmaya uyğun olaraq indeksasiya siyasəti tətbiq etməyə çağırıb.

İdarə Heyəti Türkyədə baş verən və böyük insan itkisi ilə sonuclanan terror aktını qətiyyətlə pisləyib, bu terror nəticəsində insan təlafatına görə türk xalqına və Türkyə dövlətinə dərin hüznlə başsağlığı verib və bu acılı günlərdə üzv və tərəfdarları ilə Türkiyənin yanında olduğunu ifadə edib.

Partiya rəsmiləri hakimiyyətiterrorun nəticələrinin aradan qaldırılıması ilə bağlı Azərbaycan hökumətini Türkiyəyə hər cür maddi və mənəvi dəstək verməyə və terrorla mübarizədə Türkiyənin yanında olmağa çağırıb.

İdarə Heyəti Xəzərdə neft-qaz çıxarma mədənində baş verən faciə nəticəsində həlak olan insanlarıın doğmalarına dərin hüznlə başsağlığı verib və son bir il ərzində ikinci dəfə təkrar olunan bu faciənin arxasında SOCAR rəhbərliyinin məsuliyyətsizliyinin, əmək təhlükəsizliyinin təmin edilməməsi faktının durduğunu qeyd etməklə hakimiyyətdən bu işdə günahkar olan şəxslərin ciddi şəkildə cəzalandırılmasını tələb edib. Eyniz zamanda SOCAR-ın bir sıra ölkələrə qoyduğu xarici investisiyalardan dövlət büdcəsinə gələn gəlirlərin yoxlanılmasının və bu barədə xalqa məlumat verilməsinin vacibliyini qeyd edib.

İdarə Heyəti Vergilər nazirinin parlamentdə vergilərin artırılması ilə bağlı təşəbbüslə çıxış etməsini hazırkı vəziyyətdə yolverilməz olduğunu bildirib bunun əksinə olaraq xalqın üzərində ağır yükə çevrilən vergi və rüsumların getdikcə yüngülləşdirilməsi, cərimələrin azaldımasının vacibliyini diqqətə çəkib və ölkədə qeyri-qanuni olaraq tətbiq edilən paralel vergi siyasətinə son qoymağa çağırıb.

İdarə Heyəti ölkədə sosial gərginliyin azaldılması, milli həmrəyliyin təmin edilməsi, dövlət vətəndaş münasibətlərinin sivil qaydada tənzimləməsi naminə 31 dekabr Dünya Azərbycanlılarının Həmrəylik Günü münasibəti ilə ölkə başçısını humanistlik göstərərək, siyasi məhbusları azad etməyə, eyni zamanda ölkədə yaranmış sosial-iqtisadi və siyasi böhranın aradan qaldırılması istiqamətində müxalif kəsimlə dialoqa başlamağa çağırıb.

Strateq.az