XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

19 Dekabr 2016 - 22:39

Rusiyanın öldürülən səfiri kimdir?- BİOQRAFİYA

Bu gün Türkiyədə qətlə yetirilən Rusiya səfiri Andrey Karlov kimdir?

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Karlov Moskva Dövlət Universitetinin beynəlxalq əlaqələr fakültəsini bitirib.

Daha sonra təhsilini Rusiya Diplomatiya Akademiyasında davam etdirib.

Uzun illər diplomat kimi fəaliyyət göstərən Karlov Rusiya Xarici İşlər Nazirliyində, Rusiyanın xaricdəki diplomatik nümayəndəliklərində işləyib. Həmçinin Rusiyanın Koreyadakı səfiri olub.

2013-cü ildə isə Rusiyanın Türkiyədəki səfiri təyin olunub.