Ankara bələdiyyə başqanı Melih Gökçek Rusiya səfiri Andrey Karlovun qətlinə münasibət bildirib.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Gökçek səfirə sui-qəsdin arxasında FETÖ-nün (Fətullah Gülən Terror Təşkilatı) durduğuna işarə edib.
«Alçaqcasına hücumdur. Bunun arxasında duranlarla bundan əvvəl Rusiya təyyarəsini vuranlar eyni qüvvədir. Bundan sonra da bu tip sui-qəsdlər olacaq. Amma təbii ki, heç bir nəticə əldə edə bilməyəcəklər", deyə bələdiyyə başqanı əlavə edib.