Berlində naməlum şəxs yük maşını ilə insanları vurub.
Bu barədə Berlin polisi özünün Tvitter hesabında yazıb.
İnsident nəticəsində 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Hadisə Yeni il yarmarkasında baş verib.
Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir. Berlin polisi sakinləri evdən çıxmamağa çağırıb. (APA)