"Rusiya Ankaradakı səfiri Andrey Karlovun qətlini cavabsız qoymayacaq".
Bunu Rusiyanın baş naziri Dmitri Medevedev bildirib.
"Sui-qəsdi təşkil edənlərin hamısı buna görə cavab verməlidirlər",-deyə Rusiya baş naziri vurğulayıb.
Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qatıldığı tədbirdə sui-qəsdə məruz qalıb. Terrorçu diplomata odlu silahdan bir neçə dəfə atəş açıb. Nəticədə səfir həyatını itirib. (APA)