XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 05:47

Trampa yol açıldı –Kollegiyanın 538 üzvündən 304-ü ona səs verdi

tramp-icra

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp seçicilər kollegiyasının səsverməsində qələbə qazanıb.

APA-nın "Associated Press" agentliyinə istinadən verdiyi xəbərə görə, kollegiyanın 538 üzvündən 304-ü səsini Trampa verib.

ABŞ qanunvericiliyinə uyğun olaraq, qələbə üçün seçicilər kollegiyasının 270 səsini yığmaq kifayətdir.

Qeyd edək ki, seçicilər kollegiyası ştatların ümumxalq səsverməsində müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarətdir. Hər ştatın ABŞ Konqresində təmsilçilərinin sayı qədər nümayəndə seçmək hüququ var.

Xatırladaq ki, noyabrın 8-də ABŞ-da prezident seçkisi keçirilib. Respublikaçılar Partiyasının namizədi Donald Tramp rəqibi, Demokratlar Partiyasının təmsilçisi Hillari Klintonu məğlub edib.