XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 December 2016 - 09:46

Çavuşoğlu Moskvada jurnalistlərin qarşısına çıxdı:"Arxasında kimlər varsa, hamısına çıxacağıq"

cavusoqlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu dünən gecə Rusiya səfirinin öldürülməsi ilə bağlı Moskvada jurnalistlərin qarşısına çıxıb.

Strateq.az xəbər verir ki, o, Rusiyanın Ankaradakı səfirinin qətlinə dərin təəssüf hissi keçirdiklərini bəyan edərək, bu hadisəni alcaq hücum adlandırıb:

"Cənab Korlov təkcə yaxşı diplomat deyildi, o, həm də çox gözəl dost idi. O, Rusiya ilə münasibətlərimizin ən gərgin vaxtlarında belə, dost münasibətini göstərib, iki ölkənin münasibətlərinin yaxşılaşması üçün əlindən gələni artıqlaması ilə edib. Onun qətli nəinki şəxsimi, bütün Türkiyəni üzüb. Onun ailəsinə və rus xalqına dərin hüznlə başsağlığı veririk.

Sizi əmin ediriik ki, bu alcaq hücumun bütün detalları ən xırdalığına qədər araşdırılacaq. Arxasında kimlər varsa, hamısına çıxacağıq".