XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

20 Dekabr 2016 - 10:02

ABŞ-ın Ankaradakı səfirliyi bağlandı –Səbəb

abs-sefiri

Ankarada naməlum şəxs ABŞ səfirliyi qarşısında atəş açıb.

Polis əməliyyat keçirərək naməlum şəxsi saxlayıb.

ABŞ Dövlət Departamentindən verilən açıqlamada insident nəticəsində yaralanan olmadığı bildirilib: “İnsident nəticəsində zərərçəkən olmayıb. Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları atəş açan şəxsi saxlayıb. Hazırda araşdırma aparılır”.

Qeyd edək ki, bu hadisədən bir neçə saat sonra ABŞ-ın Ankaradakı səfirliyi bağlanıb. Bu barədə ABŞ-ın Türkiyədəki səfirliyinin Tvitter hesabında məlumat verilib. Qərar Rusiya səfirinin öldürülməsindən sonra qəbul edilib.

“ABŞ-ın Ankaradakı səfirliyi, eləcə də İstanbul və Adanadakı konsulluğu bu gün bağlıdır və normal iş fəaliyyəti aparmayacaq”, – məlumatda bildirilib(Axar.az).

Qeyd edək ki, ötən gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov qətlə yetirilib.